Ümumdünya Meteorologiya Təşkilatı isti havalarda infarkt və ölüm riski barədə xəbərdarlıq edib
27.07.2023 10:15

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) bildirib ki, şimal yarımkürəsini bürüyən isti dalğası bu həftə güclənə bilər ki, bu da gecə saatlarında temperaturun artmasına və infarktdan ölüm riskinin artmasına səbəb ola bilər.

Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, istilik dalğası hələ də ilkin mərhələdədir və Şimali Amerika, Asiya, Şimali Afrika və Aralıq dənizində istilik dalğası gücləndikcə bu həftədən başlayaraq uzun müddət ərzində temperaturun 40°C səviyyəsindən yuxarı qalxacağı gözlənilir.

"Gecə təkrarlanan yüksək temperatur insan sağlamlığı üçün xüsusilə təhlükəlidir, çünki orqanizm daimi istidən xilas ola bilmir. Bu, infarktdan ölüm hallarının artmasına gətirib çıxarır", - Ümumdünya Ticarət Təşkilatının baş istilik məsləhətçisi Con Nairn bildirib.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasından (IFRC) Panu Saaristo, körpələrin, yaşlıların və xroniki sağlamlıq vəziyyəti olan insanların xüsusilə risk altında olduğunu söyləyib. Mütəxəssislərin fikrincə, dünyanın ən yaxşı erkən xəbərdarlıq sistemlərinə malik olmasına baxmayaraq, keçən ilki isti dalğalarında 60 000-dən çox avropalının öldüyü təxmin edilir.

WMO-ya görə, əvvəlki Avropa rekordu 2021-ci ilin avqustunda Siciliyada əldə edilən 48,8°C, dünya rekordu isə 1913-cü ilin iyulunda Kaliforniyanın Ölüm Vadisində qeydə alınan 56,7°C idi. WMO yaxın günlərdə yeni rekordların mümkünlüyünü açıqlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır