“AJCN”: Alimlər qaragilənin qan-damar sağlamlığına faydasını araşdırıblar
25.07.2023 17:19

London Kral Kollecinin alimlər qrupu araşdırma aparıblar. Tədqiqatın nəticələri qaragilənin yaşlı insanlarda beyin və qan damarlarına müsbət təsirini göstərib.

Aztibb.az xəbər verir ki, bu məlumatlar “The American Journal of Clinical Nutrition” (AJCN) jurnalında dərc olunub.

İnsanlar yaşlandıqca ürək-damar və neyrodegenerativ xəstəliklərə daha çox meylli olurlar. Bundan əlavə, 60 yaşdan yuxarı insanlarda idrak funksiyası pisləşir. Alimlər yaşa bağlı dəyişikliklərin qarşısını almaq və ya yavaşlatmaq yollarını tapmaqda maraqlı olublar.

Tədqiqatda 65-80 yaş arası 61 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüblər: bir qrup plasebo qəbul edib, digəri isə gündəlik 26 qram qaragilə tozu istehlak edib. Tədqiqatın nəticələri göstərib ki, 12 həftə ərzində qaragilə qəbul edən yaşlı insanlar plasebo qrupu ilə müqayisədə daha sağlam qan damarlarına və daha yaxşı performansa sahib olublar.

Yaşla bağlı dəyişikliklərin qarşısını ala bilən qaragilənin tərkib hissələrindən biri də polifenollardır. Qaragilə mavi rəngini verən xüsusi bir polifenol növü olan antosiyaninləri ehtiva edir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub