Gündə 30-40 qram pendir yemək stressdən əziyyət çəkən insanlara kömək edəcək - ARAŞDIRMA
24.07.2023 10:36
Alimləri pendir pəhrizinin travma sonrası stress pozğunluğuna kömək etdiyini sübut ediblər. 
 
Aztibb.az xəbər verir ki, 74.ru portalının məlumatına görə, tədqiqatçıların ağ siçovullar üzərində apardıqları təcrübələrdən məlum olub ki, 30 qram dəymiş pendirin müntəzəm istehlakı stressin öhdəsindən gəlməyə kömək edə bilər.

Təcrübələr zamanı heyvanlar süni şəkildə qorxu və çaxnaşma vəziyyətinə gətirilib, sonra isə 2 qrupa bölünüblər. Birinci qrupa yemək üçün pendir verilib, ikinci qrupa isə yox. Nəticədə, elm adamları pendir yeyən siçovullarda yeməyənlərə nisbətən daha çox dopamin ("zövq hormonu") olduğunu aşkar ediblər. 
 
Tədqiqatçı alim Olqa Tseylikman maraqlı bir faktı qeyd edib: "Stressdən sonra pendir verilən siçovullarda dopamin səviyyəsi azalmayıb. Üstəlik, onlar stressin daha az davranış əlamətlərini göstəriblər. Sanki pendir bir növ "amortizator" rolunu oynayırdı".

Olqa Tseilikman onu da bildirib ki, təcrübələr pendir yeməyin insanların əhval-ruhiyyəsini yaxşılaşdırdığını və hətta ömrünü uzatdığını təsdiqləyib. O, qırmızı şərab və dəymiş pendirlərin uzunömürlülük, incəlik və yaxşı idrak fəaliyyətinin səbəblərindən biri hesab edildiyi Aralıq dənizi pəhrizini misal çəkib.

Gündə 30-40 qram pendir yemək stress keçirən insanların müsbət təsirlər hiss etməsinə kömək edə bilər.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub