Yuxuda tənəffüsün dayanması – Bu sindroma nə səbəb olur?
23.07.2023 15:04

Yuxuda tənəffüsün dayanması tibbdə "obstruktiv yuxu apnoe sindromu" adlanır. Xoruldama bu xəstəliyin əsas simptomu sayılır.

Aztibb.az xəbər verir ki, lor cərrah, otonevrologiya üzrə mütəxəssis Nigar Muradova bu sindromla bağlı bəzi məqamları diqqətə çatdırıb:

"Yuxuda udlaq əzələləri zəifləyir, nəticədə nəfəs yolları tam qapana bilir. Bu zaman orqanizm oksigen çatışmazlığından (hipoksiya) əziyyət çəkməyə başlayır. Oksigenin çatışmazlığı ilk növbədə ürəyə və beyinə mənfi təsir edir. Arterial təzyiq müvəqqəti kəskin qalxır. Ağır hallarda yuxuda ani ölümə səbəb ola bilir".

Həkim qeyd edib ki, müalicə üçün ilk növbədə müayinə ilə sindroma səbəb olan simptomlar təyin olunmalıdır.

Obstruktiv yuxu apnoe sindromu ağağıdakı əlamətlərlə bilinir:

• Nəfəs yollarında daralmalar,

• Burun çəpərinin əyriliyi,

• Burunda poliplər,

• Böyümüş adenoidlər və badamcıqlar,

• Dilçəyin uzun olması

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub