FESC (FESS) - əməliyyatı nədir?
22.07.2023 10:34

"Funksional endoskopik sinus cərrahiyyəsi" endoskopların köməyi ilə icra edilən burun içi əməliyyatlarına verilən ümumi addır.

Aztibb.az xəbər verir ki, otorinolorinqoloq Cahangir İsmayılov bu əməliyyatın səbəbləri və icrası ilə bağlı məlumat paylaşıb.

Təkrarlayan sinus xəstəliklərinə burun polipləri, təkrarlayan iltihablar və ya sinusların "ağızlarının tıxanması" səbəb olur. Bu əməliyyat burundan normal hava axınını və burun axıntısını təmin etmək üçün icra edilir.

Burundakı normal strukturlar pozulmadan, sinus xəstəliyinin aradan qaldırılması mümkün olur. Bu yolla, burun və sinuslar normal funksiyalarına qaytarılır.

Xaricdən hər hansı kəsik aparılmır, əməliyyat burun içindən aparılan kəsiklərlə icra edilir. Bu zaman burun ətrafı ciblərin ağzı genişləndirilir.

Əməliyyat adətən ümumi anesteziya ilə icra edilir. Əməliyyat sonunda burun içinə özü sorulan və kiçik tamponlar istifadə edilir. Əməliyyatdan sonra xəstələr vəziyyətlərindən aslı olaraq evə göndərilə bilərlər.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir