Tibb tarixində bu gün: Biofizik Rozalin Sasmen Yalou Nobel Mükafatına layiq görülüb
19.07.2023 10:10

1921-ci il iyulun 19-da amerikalı biofizik Rozalin Sasmen Yalou (1921-2011) anadan olub. O, 1977-ci ildə "Peptid hormonlarının radioimunoanalizini təkmilləşdirdiyinə görə" Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülüb.

Rozalin Sasmen Yalou tibbi fizika və radioimunoanaliz texnikasının inkişafına görə Fiziologiya və Tibb üzrə Nobel Mükafatının Rocer Quillemin və Endriu Sşally ilə birlikdə müştərək qalibi idi.

O, Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülən ikinci qadın (Qerti Koridən sonra) və Amerika əsilli ilk qadın idi.

 

Aztibb.az