Vulkandan atılan zəhərli qazlara görə xəbərdarlıq edilib
18.07.2023 16:12

İslandiyanın paytaxtı Reykyavikdən cənub-qərbdə, Reykjanes yarımadasında yaşayan sakinlərə vulkan püskürməsi ilə bağlı xəbərdarlıq edilib.

Aztibb.az xəbər verir ki, "Reuters"in məlumatına görə, vulkan püskürməsinin baş verdiyi əraziyə yaxın olan islandiyalılara gecələr pəncərələrini bağlamaq və ventilyasiyadan istifadə etməmək tövsiyə olunub.

Hüquq-mühafizə orqanları vulkandan atılanların "həyatı üçün təhlükəli zəhərli qazlar" ola biləcəyini bildiriblər. Həmçinin əhalidən birbaşa vulkanın yaxınlığındakı ərazini tərk etmək tələb edilib.

Reykyavikdən 200 kilometr aralıda 2010-cu ildə İslandiyadakı digər bir vulkanın püskürməsi səbəbindən bütün Avropada hava nəqliyyatı kəsilmişdi. Bu hadisə səyahətçilər üçün ciddi nəticələrə və əhəmiyyətli narahatlıqlara səbəb olmuşdu.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev