Həkimlik və tibb bacılığı təhlükəli peşələr siyahısına daxil edilib
18.07.2023 10:15

Müxtəlif vaxtlarda aparılan sorğular zamanı “təhlükəli” peşə sahibləri arasında həkimlər və tibb bacıları da yer alıb.

Aztibb.az "Parlamentskaya qazeta"ya istinadən yazır ki, bu peşə sahibləri işdə çox vaxt eşitmə qabiliyyətini itirirlər, sinir sistemi xəstəliklərinə, xroniki obstruktiv ağciyər xəstəliyinə, bronxitlərə, vərəmə və hətta HİV-ə yoluxurlar.

Həkimlər bir çox sosial-psixoloji çətinliklərlə rastlaşır və bəzən öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Belə situasiyalarda isə keçirdikləri stres və frustrasiya halları həkimlərin peşə fəaliyyətinə mənfi təsir göstərir.

Həkimlərin stres şəraitinə düşmələri onların qarşılaşdıqları riskli hadisələr ilə bağlıdır. Hər bir cərrah yeni əməliyyata girərkən stresli situasiya ilə üzləşir, xüsusilə yeni işə başlayan gənc kadrlar daha çox stresə məruz qalır.

Eyni zamanda rentgenoloqlara rentgen şüalarının təsiri, anestezioloqun xəstəni yatızdırarkən daim diqqətini mərkəzləşdirməsi və davamlılığına nəzarət etməsi, diş həkiminin əlləri ilə ağızda və ağız damarlarında olan xəstəliklərlə işləməsi stres hallarının artımına təsir edir.

Hər bir peşə sahəsində mütəxəssis olan insanların işin gərginliyini azalt- maq üçün müəyyən müddət də olsa işdən uzaqlaşıb dincəlməyi zəruri amillərdəndir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev