Harvard alimlərinin araşdırmasında ən yaxşı pəhriz müəyyən edilib
17.07.2023 15:15

ABŞ-ın Harvard Universitetinin alimləri tərəfindən yeni araşdırma pəhrizlərlə vaxtından əvvəl ölüm arasında hər hansı əlaqəni tapmaq məqsədilə aparılıb.


Aztibb.az xəbər verir ki, “JAMA Internal Medicine” jurnalında dərc olunan araşdırmaya görə, qida təlimatlarının sağlamlığa təsirləri ilə bağlı tapıntılar bu günə qədər ən əhatəli olan nəticələrdir.


ABŞ-da ən çox yayılmış dörd pəhrizi təhlil edən komanda, 36 ildən çox müddət ərzində iştirak edən 75.000 qadın və 44.000-dən çox kişini izləyiblər.


Ən yaxşı pəhriz kimi seçilən Aralıq dənizi pəhrizi tam taxıl, balıq və ya toyuq əti, tərəvəz və antioksidantla zəngin zeytun yağı yeməyi tövsiyə edir.


Aralıq dənizi pəhrizi Aralıq dənizi ilə həmsərhəd olan 21 ölkənin, o cümlədən təzə göyərti, meyvə, balıq, qoz-fındıq və zeytunla zəngin olan İtaliya, Yunanıstan, Xorvatiya, Türkiyə və Monako ölkələrinin ənənəvi pəhrizlərindən irəli gəlir.


Əvvəlki araşdırmalara görə, Aralıq dənizi pəhrizinin ürək-damar xəstəlikləri və digər xroniki xəstəliklər riskini azaltdığı bilinir. Bu pəhrizə riayət edənlərdə ölüm riski 18% azalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev