Şam yeməyi gec yeyildikdə xərçəng riski yarada bilər
16.07.2023 15:16

Şam yeməyindən sonra dərhal yatan insanlarda xərçəng xəstəliyinə tutulmaq ehtimalı yüksəkdir.


Aztibb.az "İzvestiya"ya istinadla xəbər verir ki, tədqiqatlara əsasən, dolu mədə ilə yatmaq süd və prostat vəzinin onkologiyasının inkişafına gətirib çıxarır.


Tədqiqat üçün mütəxəssislər 600-dən çox prostat və 1000-dən çox süd vəzinin xərçəngi hallarını araşdırıblar.


Nəticə göstərib ki, şam yeməyindən minimum iki saat sonra yatan insanlarda bədxassəli şişlərin inkişaf riski qida qəbulundan dərhal sonra yatan insanlarla müqayisədə 20% azdır.


Bu yöndə aparılan təqdiqatlar xərçəngin qarşısının alınması üçün ipucları da verib.


İllinoys Universitetinin alimləri müəyyən edib ki, omeqa-3 yağ turşuları xərçəngin yaranmasının qarşısını ala, həmçinin onun artmasını və yayılmasını dayandıra bilər.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev