Tibb tarixində bu gün: Embriologiya və fiziologiyanın banilərindən biri İohan Peter Müller anadan olub
14.07.2023 10:42

1801-ci il iyulun 14-də alman təbiətşünası, müasir müqayisəli anatomiya, embriologiya və fiziologiyanın banilərindən biri İohan Peter Müller (1801-1858) anadan olub.

İohan Peter Müller Bonn Universitetində təhsil alıb. 1830-cu ildə professor elmi adını qazanır. 1833-cü ildə Berlin Humboldt Universitetində anatomiya və fiziologiya kafedrasını boynuna götürən alim ölənə qədər bu işi davam etdirir.

Səs, nitq və eşitmə kimi fizioloji problemlərə töhfə verən İ.P.Müllerin limfa, şil və qanın kimyəvi və fiziki xüsusiyyətləri ilə bağlı araşdırmaları da var.

Alimin 1840-cı ildə nəşr olunan "Handbuch der Physiologie des Menschen" əsəri fiziologiya tarixində yeni bir dövrün başlanğıcı kimi qəbul edilir. İnsan quruluşu, müqayisəli anatomiya, kimya və bir çox başqa fizika elmlərində əldə edilən nəticələr ilk dəfə olaraq bu kitabda fizioloji metodların köməyi ilə izah edilir.

 

Aztibb.az

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub