Həkimlər şaftalı tumu udan xəstəni xilas ediblər - Bu hal baş verərsə ilk olaraq nə etməli?
14.07.2023 10:28

Rusiyada 60 yaşlı kişi boğazında yad cisim hissi, eləcə də udma çətinliyi şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

Aztibb.az rimo.ru-ya istinadən yazır ki, həkimlər qastroskopik müayinədən sonra onun qida borusunda iri yad cisim aşkar ediblər. Məlum olub ki, bir gün əvvəl kişi şaftalı yeyib və səhlənkarlıq ucbatından tumu ilə birlikdə udub.

Ümumi anesteziya altında endoskopik üsulla xəstənin yemək borusundan yad cism çıxarılıb. Əməliyyat uğurla keçib və təxminən 10 dəqiqə çəkib.

Mütəxəssislər yemək zamanı tələsməməyi tövsiyə edir.

Bu hal baş verərsə, təcili xəstəxanaya çatdırılmısınızsa ilk olaraq, endoskopik (kamera) müayinədən keçməlisiniz. Çünki, bəzi hallarda yad cisimin çıxarılması üçün xüsusi avadanlıq və təcrübəyə ehtiyac olur. Əgər yad cisimin forması firintili-çıxıntılı olarsa və ya qırtlağa düşmə bucağı fərqli olarsa həyati təhlükəyə yol aça bilər.

Böyük adamın boğazında yad cisim qaldıqda adətən ilk yardım məqsədi ilə Qreymlix üsulundan istifadə olunur.

Qreymlix üsulu necə həyata keçirilir?

Zərərçəkəni arxadan qucaqlayıb əlinizin birini yumruq şəklində sıxın və digər əlinizlə yumruğunuzu tutun. Yumruğunuzu göbəyindən bir qədər yuxarıda olmaqla döş sümüyü qurtaran yerdə yerləşdirin.

Dirsəklərinizi önə verərək, hərəkət istiqaməti dərinə və yuxarı olmaqla cəld hərəkətlərlə yumruğunuzla zərərçəkənin qarnına sıxın.

Zərərçəkənin qarnına təzyiq edilməsini yad cisim tənəffüs yolundan çıxana qədər, həkim gələnə qədər və ya zərərçəkən huşunu itirənə qədər davam etdirmək lazımdır. Əksər hallarda Qreymlix üsulu effektli olur və yad cisim boğazdan çıxır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev