Antibiotik qəbulundan sonra dilin rəngini dəyişib və tüklə örtülüb
09.07.2023 10:31

ABŞ-ın Ohayo ştatının sakini qəribə vəziyyətdə həkimə müraciət edib. Həkimlər xəstənin dilini yaşıl rəng almış və tüklə örtülmüş vəiyyətdə görüblər.

Aztibb.az actualnews.org-a istinadən xəbər verir ki, həkimlər bu qeyri-adi durumun antibiotik qəbulundan qaynaqlandığına inanırlar.

Şikayət edən 64 yaşlı kişi heç bir ağrı hiss etmədiyini bildirib. Məlum olub ki, o, uzun müddət siqaret çəkib və klindamisin antibiotikini qəbul etməyə başlayıb. Müayinə zamanı adi haldan daha böyük filiform papillaların olduğu məlum olub.

Tüklü dilin isə pis vərdişlərdən, ilk növbədə siqaretdən və antimikrobiyal dərmanların qəbulundan qaynaqlandığı düşünülür.

Yerli klinikanın həkimləri kişiyə dilinin səthini diş fırçası ilə fırçalamaqda diqqətli olmağı tövsiyə ediblər. Altı aylıq müşahidədən sonra xəstənin vəziyyəti qənaətbəxş olub.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub