Terapevt: Oturaq həyat tərzi xəstəliklər zənciri yaradır
08.07.2023 12:27

İndiki nəsil çox az hərəkət edir və bunu boş vaxtın azlığı ilə əlaqələndirir. Oturaq həyat təhlükəli xəstəliklərə və psixi problemlərə səbəb ola bilər.

Aztibb.az xəbər verir ki, bu barədə “Federalpress”ə terapevt Tatyana Romanenko ətraflı məlumat verib.

“Oturaq həyat tərzi ilə gənclər artıq çəkidən əziyyət çəkirlər. Əgər artıq çəki varsa, şəkər xəstəliyinə tutulma riskiniz də müvafiq olaraq artır. Şəkərli diabeti isə öz növbəsində təkcə xəstəlik deyil, 21-ci əsrin pandemiyası adlandırmaq olar. Xəstəliyin artması həyat proqnozunu əhəmiyyətli dərəcədə pisləşdirir ", – deyə həkim izah edib.

Bu gün əsas ölüm halları ürək-damar xəstəlikləri (ürək çatışmazlığı, insult, infarkt) ilə bağlıdır. Buna görə də diabet xəstəliklər sırasına daxil olduqda risklər, proqnozlar və nəticələr pisləşir, terapevt əlavə edib.

Gənclər boş vaxtlarının azlığı ilə oturaq həyat tərzinə haqq qazandırırlar. Başqa bir problem yüksək stress səviyyəsidir. 10-15 il əvvəl nevroloji problemlərdən, depressiyadan, yuxu pozğunluğundan, qidalanma pozğunluğundan müalicə olunan xəstələr o qədər də çox deyildi. Bu gün həkimin sözlərinə görə, onların sayı miqyasda artıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub