Həkim: Ayı əti insan sağlamlığı üçün təhlükəlidir
08.07.2023 09:54

Trans-Baykal diyarında ayı ətindən zəhərlənənlərin sayı 11 nəfərə çatıb.

Aztibb.az "Arqumentı i Faktı" nəşrinin məlumatına əsasən xəbər verir ki, həkim Aleksandr Lukaşevin sözlərinə görə, sanitar nəzarətdən keçməyən istənilən ət sağlamlıq üçün təhlükə yarada bilər.

"Lakin bütün ət növləri arasında ayı əti bəlkə də ən təhlükəlisidir. Bu, ayıların tez-tez trichinella parazitlərinin törətdiyi trixinoz adlı xəstəliyə tutulması ilə əlaqədardır. Bu parazitlərin sürfələri ətdə uzun müddət qala bilir”, – deyə həkim izah edib.

Yyoluxmuş ət düzgün bişirilməsə, insan trixinoz xəstəliyinə yoluxa bilər. Əvvəlcə sürfələr bağırsaqlarda inkişaf edir, sonra isə bədənin toxumalarına təsir göstərir. Bu xəstəlik sistemik toksikliyə və nəticədə ölümə səbəb ola bilər.

Trixinoz xəstəliyi çöl donuzlarında və qunduzlarda da baş verir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub