Cərrah araq içməyi dayandırmağın təsirli yollarından danışıb
08.07.2023 11:36

Cərrah Aleksandr Umnov bildirib ki, əksər hallarda araq aludəçisi olan alkoqolik öz başına öhdəsindən gələ bilmir. Bunun üçün bir neçə mərhələdən ibarət müalicə lazımdır.

Aztibb.az news.ru-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, xəstəni pis vərdişdən xilas etməyin ən təsirli yolu bu içkiyə qarşı ikrah hissi yaratmaqdır.

Alkoqolik asılılığın öhdəsindən təkbaşına gələ bilməz. Müalicə lazımdır. Əvvəlcə insan orqanizmi toksinlərdən təmizlənir, sonra xüsusi mərkəzlərdə reabilitasiya aparılır. Tapşırıqlardan biri içkiyə qarşı nifrət yaratmaqdır, bu, ən təsirli yollardan biridir. Və bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır. Mütəxəssis qeyd edib ki, qohumlar təsir etməklə belə adamı dərhal xüsusi müalicəyə göndərməli və bir insanın içkini dayandıracağına dair vədlərinə inanmamalıdırlar.

Həkim onu da bildirib ki, araq insan orqanizminin demək olar ki, bütün orqan və sistemlərinə dağıdıcı təsir göstərir. Həkim əlavə edib ki, içki etil spirtindən başqa, zəhərli fusel yağları ilə təhlükəlidir. Araqdan ilk olaraq qaraciyər, mədəaltı vəzi və beyin əziyyət çəkir.

Həkim qeyd edib ki, araq ürək toxumasının distrofiyasına gətirib çıxarır, xəstələr qan təzyiqi, ritm pozğunluğundan əziyyət çəkirlər. Mütəxəssis vurğulaıb ki, bu növ spirtdən sui-istifadə qaraciyərin yağlı degenerasiyasına səbəb olur, buna görə də orqanizm əvvəlcə toksinləri emal edə bilmir, sonra isə sirroz inkişaf edir.a

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub