Yeni dişlərin böyüməsi üçün innovativ dərman
06.07.2023 17:23

Yapon alimləri tərəfindən innovativ dərman hazırlanıb. Bu, üçüncü diş dəstini böyütməyə imkan verəcəkdir.

Aztibb.az mednovelty.ru-ya istinadən xəbər verir ki, klinik sınaqlar bir ildən sonra başlayacaq.

Yapon alimləri insanlara yeni dişlər çıxarmağa imkan verəcək yeni dərmanın hazırlanması məqsədi ilə tədqiata başlayıb. Müəyyən edilib ki, bir insan üçüncü diş dəsti üçün lazım olan hər şeyə malikdir, lakin bu proses müəyyən bir protein tərəfindən bloklanır.

Bu məqsədlə əldə edilən yeni dərman siçanlar üzərində aparılan əvvəlki təcrübələrdə təsirli olub, dərman "üçüncü nəsil" dişlərin böyüməsini stimullaşdırıb.

Yeni dişlərin yetişdirilməsi ideyası hər bir diş həkiminin arzusudur. Tədqiqat zamanı diş böyüməsini məhdudlaşdıran USAG-1 zülalına diqqət yönəldilib. Bu zülalın funksiyasını bloklaya bilən neytrallaşdırıcı antikor hazırlanıb. Dərman siçanlara verilib və yeni dişlər çıxıb.

Artıq dərmanın insanların istifadəsi üçün hazırlanması istiqamətində işlər aparılır. İlk növbədə, dərman anadangəlmə faktorlara görə yetkin dişlərin tam dəstini itirən xəstələr üçün nəzərdə tutulub. Buna "adentiya" deyilir.

Tədqiqatçılar qeyd ediblər ki, gələcəkdə dərman daha geniş tətbiqlərə malik ola bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev