Həkim qan xərçənginin ümumi simptomlarını sadalayıb
06.07.2023 13:16

Onkohematoloq yuxusuzluq, burun qanamaları, tərləmə və nəfəs darlığının qan xərçəngini göstərə biləcəyini bildirib.

Aztibb.az xəbər verir ki, bunu Gazeta.ru-ya müsahibəsində onkohematoloq Anna Şubina bildirib.

O qeyd edib ki, xərçəngin bu növü tez-tez zəhərli maddələrə, radiasiyaya məruz qalma, pis vərdişlər və ya immunitetin azalması nəticəsində yaranır.

“Digər xərçəng növləri kimi leykemiyalar da ilkin mərhələdə özünü büruzə vermir və spesifik simptomları yoxdur. Buna baxmayaraq, yoluxucu xəstəliklərlə xəstələnmə ehtimalınız artarsa, diqqət etməlisiniz ", – deyə həkim izah edib.

Digər əlamətlər kimi həkim ümumi zəiflik, tez-tez nəfəs darlığı, tərləmə, yuxusuzluq, tinnitus və başgicəllənmənin ola biləcəyini deyib. Bundan əlavə, insanlar burun, diş əti və ya cinsiyyət orqanlarından müntəzəm qanaxma ilə bağlı həkimə müraciət etməlidir. Qadınlarda menstruasiya uzun ola bilər.

Daha əvvəl onkoloq Tyulandin bildirib ki, qış dövründə isti ölkələrdə istirahət etmək xərçəng xəstəliyinə tutulma riskini artıra bilər. Onun sözlərinə görə, günəşin ultrabənövşəyi şüalarına məruz qalmaq insan dərisinə mənfi təsir edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev