Arılar süni intellektə sürətli və dəqiq həllər tapmağı öyrədəcək
04.07.2023 12:40

Şeffild Universitetinin alimləri bal arılarının tez və dəqiq qərar qəbul etmə qabiliyyətini üzə çıxaran yeni araşdırma dərc ediblər.

Aztibb.az hpcwire.com-a istinadən xəbər verir ki, bu tədqiqat daha səmərəli robotlar və avtonom maşınların inkişafına kömək edə bilər.

Arılar küncüt böyüklüyündə beyinə malik olsalar da, yenə də müvəffəqiyyətlə qərar verə bilirlər.

Tədqiqat arıların hansı çiçəkləri araşdırmaq lazım olduğunu müəyyən etmək üçün istifadə etdikləri kompleks strategiyaları ortaya qoyub. Onların qərarlarının kiçik beyin ölçüsünə baxmayaraq, insanlardan daha dəqiq olduğu müəyyən edilib.

Araşdırma bal arısının beyin funksiyası və inkişafı haqqında bilikləri genişləndirib. Şeffild alimləri açıqlayıb ki, bu kəşflər arılar kimi səmərəli qərarlar qəbul edə bilən yeni nəsil robotlar və avtonom maşınları ilhamlandırır.

Qeyd edilib ki, arılar hansı çiçəyin üzərində oturub araşdırmaq lazım olduğunu müəyyən etmək üçün rəng və ya qoxuda ən kiçik fərqdən istifadə edirlər. Bu yanaşma avtonom düşünə və qərar qəbul edə bilən daha təkmil və etibarlı robotlar yaratmaq üçün istifadə edilə bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub