Xəstələnməmək üçün çay və ya qəhvə ilə dondurma yeyin - Həkim məsləhəti
03.07.2023 14:22

Qidalanma sahəsində tibb mütəxəssisi, qastroenteroloq, pediatr Tatyana Nemaltseva süd zülalına və ya laktaza çatışmazlığına (laktoza - süd şəkərini parçalayan ferment) allergiyası olan insanların dondurmaya münasibəti barədə danışıb.

Aztibb.az mednovelty.ru-ya istinadən xəbər verir ki, həkimin bildirdiyiniə görə, süd zülalına qarşı allergiyası və laktaza çatışmazlığı olan insanlar dondurmadan istifadəni məhdudlaşdırmalıdırlar. Ancaq bu məhsulu problemsiz qəbul edən insanlar üçün dondurma pəhrizin bir hissəsi ola bilər.

Hətta Tatyana Nemaltseva diabet, karbohidrat mübadiləsinin pozulması və pankreatit üçün dondurmanın pəhrizdən xaric edilməli olduğuna diqqət çəkib.

Aşkar piylənmə və artıq çəkisi olan vətəndaşlar da yüksək kalorili olduğu üçün dondurma yeməkdən çəkinməlidirlər. Peşəkar həkimin fikrincə, dondurman 100 q-da təxminən 200-300 kkal olan kifayət qədər yüksək kalorili məhsuldur.

Bu məhsulda çox miqdarda sürətli karbohidratlar və yağlar var, bu da mədəaltı vəzi üçün arzuolunmaz ola bilər, çünki intensiv olaraq insulin və fermentlər istehsal etməlidir. Eyni zamanda, meyvə buzu daha az kalorilidir və tərkibi əsasən təbiidirsə, daha tez-tez istehlak edilə bilər. Xəstələnməmək üçün həkim qəhvə və ya çayla dondurma yeməyi məsləhət görüb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev