Ekoloqlar: Qara dəniz zəhərli çirklənmə təhlükəsindədir
03.07.2023 13:09

“Kaxovka” su elektrik stansiyasının partlamasından sonra Xerson vilayətində baş verən daşqınlar səbəbindən Qara dənizin qərb hissəsində balıq ovu arta bilər.

Aztibb.az xəbər verir ki, ekoloq Aleksey Medvedkov bu barədə “RİA Novosti”yə bildirib.

Ekspertin fikrincə, suyun gur olması fitoplanktonun məhsuldarlığını artıra bilər. Mütəxəssis eyni zamanda qeyd edib ki, balığın keyfiyyəti sual altında qalacaq və vəziyyət hərtərəfli öyrənilməlidir.

O, nümunə olaraq Çində 1998 və 2010-cu illərdə Yantszı çayında baş verən böyük daşqınları, ardınca Şərqi Çin dənizində kommersiya ovlarının artmasını göstərib.

Bir müddət əvvəl Türkiyənin Yaxın Şərq Texniki Universitetinin (ODTÜ) elmi işçisi Mustafa Mantıkcı xəbərdarlıq etmişdi ki, Xerson vilayətindəki Kaxovskaya su elektrik stansiyasının bəndinin dağıdılması Qara dənizin zəhərli çirklənməsinə səbəb ola bilər.

Alim hesab edir ki, təhlükəli məişət və sənaye tullantıları, o cümlədən radioaktiv tullantılar su ilə dənizə yuyula bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev