Bisindol - Diş pastasına qatılması dişləri kariyesdən qoruyur
01.07.2023 19:54

Xarici alimlər diş pastasına bisindol adlı maddənin əlavə edilməsinin onun effektivliyini artırdığını müəyyən ediblər.


Aztibb.az actualnews.org-a istinadən xəbər verir ki, ağız boşluğu üçün belə bir profilaktika dişlərdə çürük və biofilmlərdən daha yaxşı qoruyur.


Negev Ben-Qurion Universitetinin mütəxəssisləri Sinqapur Milli Universiteti və Çinin Siçuan Universitetinin həmkarları ilə birlikdə təbii molekulların diş minası və diş əti toxumasına təsirini araşdırıblar.


Zərərli mikroorqanizm hətta sağlam dişləri olan insanlarda da olur. Bakteriya yavaş-yavaş dişlərdə çatlar, ərp və lövhə meydana gəlməsinə səbəb olur.


Nüfuzlu “Antibiotics” nəşri beynəlxalq qrupun ekspertlərinin işi haqqında məlumat yayıb. Mütəxəssislər bildirib ki, bisindol aşağı toksikliyə malikdir və həm kariyes, həm də digər xəstəliklər, həmçinin iltihabla mübarizədə effektiv şəkildə istifadə edilə bilər.


Üstəlik, bu təbii molekul antikanserogen xüsusiyyətlərə malikdir, bunun sayəsində bədəndə bədxassəli yenitörəmələrin yaranmasının qarşısını alır. Alimlər bisindolun təkcə diş pastalarına deyil, həm də qarqaralara və ağız eliksirlərinə əlavə edilməsini tövsiyə edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub