Xəstəliklərə meylliyi müəyyən etmək asan olacaq – TƏDQİQAT
30.06.2023 12:28

Rusiyada insan orqanizmində metabolik proseslərin xəstəlikləri və genetik pozğunluqlarına meylliliyi müəyyən etmək üçün nəzərdə tutulmuş “Metabolic Kit 60” reagent dəstinin tibbi məqsədlər üçün istifadəsinə icazə verilib.


Test dad qavrayışının xüsusiyyətlərini, vitamin mübadiləsini, detoksifikasiya sistemindəki anormallıqları və cinsi hormonları müəyyən etmək, karbohidrat, lipid və enerji mübadiləsinin spesifikliyini, həmçinin neyrotransmitterlərin işini, laktaza çatışmazlığını, qıcıqlanmaya meylliliyi müəyyən etmək üçün istifadə edilə bilər.


Aztibb.az xəbər verir ki, genetika üzrə mütəxəssis Valeri Polunovski gazeta.ru-ya müsahibəsində həkimlərin profilaktik tibb baxımından mühüm vasitə ilə təmin edildiyini deyib.


Əvvəllər yalnız öncədən mövcud olan xəstəliklərin diaqnozunu qoya bilən dəstlər var idi. İndi xəstəliklərə meylliyi müəyyən etmək asandır. Aydındır ki, ürək-damar xəstəliklərinin inkişafı bir çox amillərdən asılıdır. Amma test sayəsində indi həkim və xəstə bu amillərdən xəbərdar olacaq.


Test üçün genləri seçmək məqsədilə alimlər yüksək dərəcədə sübuta malik elmi meta-analizləri təhlil ediblər. Və bu işlər bütün dünyada aparılıb. Nəticələr iki biobankın məlumatları əsasında çıxarılıb: 550 000 nəfər haqqında məlumatı özündə əks etdirən ingilis və 300 000 nəfər çinli.


Həkimlər uzun müddət diaqnoz qoya bilmirlərsə, sözügedən testə müraciət etməyə dəyər. Bəlkə də test həkimlərə bir ipucu verəcək.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub