Çinli uzunömürlülər niyə bol isti su içirlər – Biz bu vərdişi qəbul etməliyik!
29.06.2023 13:48

Gündə neçə stəkan su içmək lazımdır və suyun hansı temperaturda olması lazımdır?


Aztibb.az 161.ru-ya istinadən xəbər verir ki, 2022-ci ildə Çində orta ömür uzunluğu 78,2 yaşa qədər artıb. Təbii ki, bu rəqəmlər kompleks amillərdən asılıdır, lakin qidalanma və ümumiyyətlə həyat tərzi uzunömürlülüyün qazanılmasında mühüm rol oynayır.


Çinlilərə görə sağlamlığın əsas komponentlərindən biri isti suyun müntəzəm istifadəsidir. Diyetoloq İnna Kononenko izah edir ki, isti su həqiqətən maddələr mübadiləsini sürətləndirir, mədə, mədəaltı vəzi şirələrinin ifrazını və öd axınını yaxşılaşdırır, yəni mədə-bağırsaq traktının işinə kğmək edir.


İsti su içməklə siz orqanizmdən toksinlərin və zərərli maddələrin çıxarılmasına kömək etmiş olursunuz və bu da öz növbəsində orqanizmin daha uzun müddət normal funksiyalarını saxlamasına, gənc və sağlam olmasına kömək edir.


Maye qəbulu nisbətlərinin hesablandığı saysız-hesabsız düsturlar var. Ən məşhurlarından biri deyir ki, hər kiloqram bədən çəkisi üçün 30-45 ml su hesablanır.


İnsanın maye və suya olan ehtiyacı bir çox parametrlərdən - cinsdən, yaşdan, çəkidən, fiziki fəaliyyətdən, iqlim şəraitindən asılıdır və müxtəlif şəraitdə dəyişir. Bədəndə su mübadiləsi mexanizmi susuzluğun köməyi ilə əks əlaqə prinsipi ilə tənzimləndiyi üçün sağlam insanın su sərfiyyatı normalarını hesablamasına ehtiyac yoxdur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub