Narahatlıq və depressiya niyə kişilərlə müqayisədə qadınlarda daha çoxdur?
29.06.2023 12:26

Əhali arasında və xüsusən də qadınlar arasında depressiya və narahatlıq pozğunluğunun səviyyəsi durmadan artır. Onlar həmçinin mənfi və ya ağrılı stimullara və vəziyyətlərə cavab olaraq kişilərdən qaçınma (təbii) davranış nümayiş etdirmək ehtimalı daha yüksəkdir. Nə ilə əlaqələndirilə bilər?


Aztibb.az “Zdorovıe” jurnalına istinadən xəbər verir ki,İsveçdəki Karolinska İnstitutunun tədqiqatçıları mənfi emosional vəziyyətlərin və xroniki stressin yaranmasında iştirak edən sinir yolunu müəyyən ediblər.


O, "mənfi mükafat mərkəzi" kimi xidmət edən beynin sahəsi olan habenuladan və hipotalamusdan bir qrup sinir hüceyrələrini birləşdirir. Sonuncu, məlum olduğu kimi, yaddaş və emosional vəziyyət kimi ali funksiyaların tənzimlənməsində mühüm rol oynayır və bununla da davranışın müxtəlif aspektlərinin formalaşmasında iştirak edir.


Məlum olub ki, habenulo-hipotalamus yolunun neyronlarında estrogen reseptoru var və bu, onları qadın hormonunun dalğalanmalarına həssas edir. Bu eksperimental olaraq təsdiq edilmişdir.


Tədqiat zamanı erkək və dişi siçanlar eyni tipli gözlənilməz, orta dərəcədə mənfi stimullara məruz qalıblar, nəticədə sonuncular birincidən daha uzun stress reaksiyasını inkişaf etdiriblər. Aşkar edilən fərqlər narahatlıq və depressiyanın qadınlarda kişilərə nisbətən niyə daha çox olduğunu qismən izah edə bilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir