Döş hüceyrələrinin atlası tərtib edilib – Xəstəliklərin öyrənilməsində faydalı olacağı gözlənilir
29.06.2023 13:37

İnsan bədənində təxminən 200 müxtəlif növ hüceyrə var, onlardan 12-si döş toxumalarında olur.


Aztibb.az “Zdorovıe” jurnalına istinadən xəbər verir ki, bu xəritə alimlər tərəfindən yeni araşdırmada təqdim edilib


Texas və Kaliforniya Universitetinin alimləri normal döş toxumasının ən böyük və ən əhatəli atlasını yaradıblar. Bu atlasın yaradılması prosesində 126 qadından alınmış 714 000-dən çox hüceyrə müxtəlif genomik profilləşdirmə üsullarından istifadə edilərək təhlil edilib, nəticədə hüceyrələrin 58 bioloji vəziyyəti müəyyən edilib.


Bundan əlavə, tədqiqatçılar etnik mənsubiyyətə, yaşa və menopozun mövcudluğuna görə döş toxuması nümunələrində fərqləri müəyyən etdilər.


Tədqiqatın ən mühüm kəşfi süd vəzisinin kanalları və lobulları ətrafında immun hüceyrələrin böyük bir toplanmasının aşkar edilməsi olub. Əvvəllər sağlam döş toxumalarında onların çox az miqdarda olduğuna inanılırdı.


Yeni məlumatlar döş xərçənginin müəyyən alt növləri üçün daha təsirli immunoterapiyaların inkişafına kömək edə bilər. Həmçinin, bu atlasın mastit və laktasiya ilə bağlı digər problemləri öyrənən hər kəs üçün çox faydalı olacağı gözlənilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub