Yayda toyuq ətindən zəhərlənmə halları çox olur – Nə zaman risk artır?
28.06.2023 13:06

Həkimlər toyuqdan zəhərlənmə ilə bağlı xəbərdarlıq edərək bildirib ki, toyuq dönəri yeyərkən diqqətli olun.


Aztibb.az cumhuriyet.com.tr-yə istinadən xəbər verir ki, toyuq əti naməlum yerlərdən alınmamalıdır, əks halda qida zəhərlənməsi riski artır.


Hər kəsin ləzzət aldığı toyuq dönəri tez xarab olan qidalar sırasındadır. Mütəxəssislər toyuq dönərinin məlum və etibarlı yerlərdən istehlak edilməsinin vacibliyini bildiriblər. Sektorda fəaliyyət göstərən müəssisələr yay aylarında toyuq dönərinin 3 saatdan artıq qalmaması lazım olduğunu və onu daim yenilədiklərini bildirirlər.


Toyuq əti isti mühitdə qalmamalı və gündəlik istehlak edilməlidir. Digər tərəfdən, toyuq dönəri bütün gün istidə saxlanılarsa, qida zəhərlənməsinə səbəb olur. Toyuq dönəri gündə ən az 3-4 dəfə təzələnməlidir.


Toyuq əti çiy halda soyuducuda 3-4 gündən, dondurucuda isə 4 aydan çox saxlanılmamalıdır. Əgər bişib soyuducuya qoyularsa, 1-2 gün ərzində istehlak edilməlidir. Bişmiş toyuq ətini hətta soyuducuda da 2 gündən çox saxlamayın.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub