Qurban bayramında xroniki xəstəliyi olanların nəzərinə!
28.06.2023 11:47

Uzman Dr. Ayhan Kaya ət istehlakının çox olduğu Qurban bayramında şəkərli diabet, podaqra, hipertoniya kimi xroniki xəstəlikləri olanların qidalanmalarına fikir vermədikləri təqdirdə mühüm sağlamlıq problemləri ilə üzləşə biləcəkləri barədə xəbərdarlıq edib.

Aztibb.az xəbər verir ki, həkim instaqram səhifəsində paylaşdığı məlumatda bayramda ət istehlak edərkən çox diqqətli olmağı vurğulayıb.

Podaqra xəstələrində sidik turşusunun artması nəticəsində qan şəkəri və təzyiq yüksələ bilər, ayaq barmaqlarında şiddətli ağrı və qızartı təkrarlana bilər. Eyni şəkildə, yüksək xolesterolu olanlarda qan yağları mənfi təsir göstərə bilər.

Qurban bayramının isti günlərə təsadüf etdiyini nəzərə alsaq, ürək xəstəliyindən əziyyət çəkən insanlarda qəfil ət yüklənməsi kəskin koronar sindroma qədər uzana biləcək əlamətlərə səbəb ola bilər.

Qurban əti xora, qastrit kimi mədə şikayətləri olanlar üçün kifayət qədər bişirilmədikdə həzm problemi yarada bilər. Xüsusən də mədə xəstəlikləri olanlar qurban ətini 24 saat gözlədikdən sonra bişirməlidirlər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub