“Hypertension”: Alimlər davamlı hipertoniyanın müalicəsi üçün təsirli dərman kəşf ediblər
27.06.2023 11:51

Smidt Ürək İnstitutunda yüksək qan təzyiqi olan hər on xəstədən birinin hipertoniya üçün standart müalicəyə tabe olmadığını göstərən bir araşdırma aparılıb

Aztibb.az xəbər verir ki, tədqiqat “Hypertension” jurnalında dərc olunub.

Əksər xəstələr hipertoniyanın dərmana davamlı formasından əziyyət çəkirlər.

Tədqiqat çərçivəsində alimlər 2,5 milyondan çox xəstənin tibbi qeydlərini təhlil ediblər, onların 55%-i arterial hipertenziyadan əziyyət çəkən olub, 114 000 nəfərə isə dərmana davamlı hipertoniya diaqnozu qoyulub.

Tədqiqatın nəticələrinə görə, bu xəstələr üçün ən təsirli dərmanlar mineralokortikoid reseptor antaqonistləridir (MCR). Lakin hipertoniyanın bu formasının diaqnostikasının çətinliyi səbəbindən xəstələrin yalnız 11%-i bu dərmanlardan istifadə edir.

Dərmana davamlı hipertoniya diaqnozu qoymazdan əvvəl həkimlər yüksək təzyiqin mümkün səbəblərini istisna etməlidirlər. Əgər xəstə qan təzyiqinə nəzarət etmək üçün dörd və ya daha çox antihipertenziv dərman qəbul edirsə, yüksək təzyiqin alternativ səbəblərini qiymətləndirməyi düşünməlidirlər.

Beləliklə, bu tədqiqat xəstələrdə hipertoniya formasının daha dəqiq müəyyən edilməsinə imkan verir və dərmana davamlı hipertoniyanın müalicəsi üçün ən təsirli dərmanlar haqqında yeni məlumatlar verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev