Yumor terapiyası narahatlıq və depressiya əlamətlərini azalda bilər - ARAŞDIRMA
26.06.2023 13:49

Tədqiqatçılar yumorun depressiya və digər psixi xəstəlikləri olan insanlara təsiri ilə bağlı 29 araşdırmanı təhlil ediblər.

Aztibb.az xəbər verir ki, işin nəticələri “Brain and Behavior” jurnalında dərc olunub.

Təcrübələrdə 9 ölkədən depressiya və narahatlıqdan əziyyət çəkən 2964 nəfər iştirak edib. Onların arasında cərrahiyyə əməliyyatı və ya narkozdan keçmiş uşaqlar, eləcə də əlillər və qocalar, evlərində Parkinson, dializ, xərçəng xəstələri, ruhi xəstəlikləri olan insanlar olub.

Müxtəlif xəstəliklərdən əziyyət çəkənləri tibbi klounlar əyləndirib, seanslarda gülüş yoqası (Hasyayoqa) da təqdim edilib.

İştirakçıların əksəriyyəti yumor terapiyasının onların depressiya və narahatlıqlarını azaltdığını etiraf edib, lakin bəziləri təsirin əhəmiyyətli olmadığını hiss edib.

Sadə və mümkün tamamlayıcı alternativ terapiya olaraq yumor terapiyası gələcəkdə tibb üçün faydalı ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub