Minnesota Universiteti: Sağlam həyat tərzi beyin qocalması ilə mübarizənin əsas üsulu kimi tanınır
27.06.2023 11:21

Minnesota Universitetinin alimləri yaşlı insanlarda beyin sağlamlığını təşviq etmək üçün ən təsirli alqoritmləri nəzərdən keçiriblər.

Aztibb.az xəbər verir ki, “The Lancet Healthy Longevity” jurnalının yazdığına görə, bir sıra araşdırmalar maraqlı bir qanunauyğunluq aşkar edib: beyin kifayət qədər idrak ehtiyatına malikdir. Yəni o, zədələrdən, infarkdan, xroniki xəstəliklərdən və ya yaşa bağlı dəyişikliklərdən böyük ölçüdə sağalmağa qadirdir.

Beyinlə əlaqəli xəstəliklərin müalicə üsulları mükəmməl deyil. Bu o deməkdir ki, əsas diqqəti profilaktikaya yönəltmək lazımdır.

Alimlər bu cür xəstəliklər üçün risk faktorlarının nə olduğunu araşdırıb

2002-ci il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək “PubMed” verilənlər bazasında dərc edilmiş elmi məqalələr nəzərdən keçirilib. Məlum olub ki, siqaret, oturaq həyat tərzi, alkoqoldan sui-istifadə, hipertoniya, qeyri-kafi yuxu və bir sıra digər amillər zamanla beynin zədələnməsinə səbəb olan stressin yığılmasına gətirib çıxarır.

Stress yaranır bərpa mexanizmlərini yararsız hala gətirir. Nəticədə beyin zədələnməsi geri dönməz hala gəlir.

Beləliklə, erkən qocalmanın qarşısını almaq, bu risklərdən qaçmaq mümkündür. Bir sıra sağlam həyat tərzi proqramları buna yönəlib, səmərəli şəkildə həyata keçirilir, məsələn, aktiv uzunömürlülüyün artıq norma hesab olunduğu Yaponiyada buna nail olunmaqdadır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev