ABŞ alimləri: Kolibrilər spirtə qarşı müqavimət göstərir
25.06.2023 08:03

Berklidəki Kaliforniya Universitetinin alimləri kolibrilərin spirtə necə reaksiya verdiyini üzə çıxaran təcrübə aparıblar.

Aztibb.az “Royal Society Open Science” jurnalına istinadən xəbər verir ki, bu fikir hər zaman nektar yeyən kiçik quşların müşahidə edilməsi nəticəsində ortaya çıxıb.

Ətraf mühitdə çox rast gəlinən bakteriya və göbələklər şəkəri spirtə çevirə bilirlər. Quşları onları nektarla birlikdə udur.

Bu, cüzi çəkisi olan kolibri quşlarına necə təsir edir?

Alimlər quşu müxtəlif konsentrasiyalarda spirt olan şərbətlərlə qidalandıraraq sınaqdan keçiriblər. Məlum olub ki, quşlar spirt tərkibi 1% -dən az olan şərbətlərə üstünlük verirlər.

İstehlak olunan spirtin ümumi miqdarını hesabladıqdan sonra alimlər heyran qalıblar. Həmin hesablama insan çəkisi kateqoriyası ilə müqayisə edilib və müyyən olunub ki, bu təxminən 80 kq çəkidə bir adamın saatda 0,43 litrdən 0,86 litrə qədər araq qəbul etməsinə bərabərdir.

Bir neçə saat ərzində belə bir doza bir insanı öldürə bilər! Ancaq quşlar heç nə olmamış kimi uçmağa davam edirlər.

Sirri nədir?

Bu kiçik quşların maddələr mübadiləsi unikal sürətlə işləyir, buna görə də şəkər və etanolun beyinə hücum etməyə vaxtı yoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub