İnkişaf etməkdə olan bədxassəli şiş ilkin mərhələdə aşkar ediləcək
25.06.2023 11:01

Rusiyalı alimlər xərçəngin ən təhlükəli formalarından birinin aşkarlanması üçün yeni üsul tapıblar. Həkimlər qan analizinin köməyi ilə xüsusi xərçəng növlərini müəyyən edə biləcəklər.

Aztibb.az actualnews.org-a istinadən xəbər verir ki, yeni tapıntı xərçəngin müalicəsinin tarixini dəyişə bilər. Bununla bağlı məlumat dərc edən “Pharmaceutics”in məlumatına görə, mütəxəssislər qan biomarkerlərindən istifadə edirlər.

Eyni zamanda, xərçəng əlamətlərinin aşkarlanması üsulu qeyri-invazivdir, bu da daha sürətli və asan diaqnoz üçün vacibdir. Layihə üzərində Tomsk Dövlət Universitetinin, Atmosfer Optikası İnstitutunun, Moskva Dövlət Universitetinin və Rusiyanın bir sıra digər elmi mərkəzlərinin mütəxəssisləri çalışıblar. Onların qlioma inkişaf amillərini təyin etmək üçün yaratdıqları üsul glioblastomaların çoxformalı bədxassəli yenitörəmələrini vaxtında müəyyən etməyə kömək edəcəkdir.

Bu metodologiya böyük əhəmiyyət kəsb edir, çünki bəşəriyyət onilliklər ərzində düzgün diaqnozla bağlı problemini aradan qaldırmaq üçün mübarizə aparır. Yeni texnika inkişaf etməkdə olan bədxassəli şişi ilkin mərhələdə aşkar edərək, yüz minlərlə insanın həyatını xilas etməyə kömək edəcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub