Ölkəmizdə ana və uşaqların sağlamlığı ilə bağlı cari vəziyyət müzakirə edilib
24.06.2023 12:31
Azərbaycan Pediatrlar Assosiasiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci Milli Qurultayı çərçivəsində “Sağlam nəsil Azərbaycanın uğurlu gələcəyidir” mövzusunda dəyirmi masa təşkil olunub.
Aztibb.az-a verilən məlumata görə, İctimai Səhiyyə və İslahatlar Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, UNİCEF, TƏBİB, Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutu, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu və QHT-lərdən nümayəndələr iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının dosenti Təranə Tağı-zadə görüşün məqsədindən, ana və uşaqların sağlamlıq vəziyyətində baş verən dəyişikliklərin erkən aşkarlanması, bu sahədə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində sosial yönümlü siyasətinin icra vəziyyəti, eləcə də qurultayın panel iclaslarında dinləniləcək, pediatriyanın aktual problemlərinin araşdırılması və həlli yollarının göstərilməsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məruzələrin əhəmiyyətindən danışıb.
Təranə Tağı-zadə “APA-nın səhiyyə sektorunda təcrübəsi: dünən, bu gün, sabah” mövzusunda təqdimatla çıxış edib. Azərbaycan pediatriya məktəbinin şərəfli ənənələrini qoruyan assosiasiyanın uzunmüddətli tarixi dövründə səhiyyəmizə verdiyi töhfələrdən, elmi və praktik fəaliyyətindən söz açıb. Qeyd edib ki, assosiasiya uşaqların sağlamlığının mühafizəsi istiqamətində dövlət siyasətini prioritet vəzifə kimi əsas tutaraq, bu istiqamətdə məqsədyönlü fəaliyyətini həyata keçirir, xarici və beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirir, uşaq sağlamlığı ilə bağlı ixtisaslaşmış qurum və təşkilatların işindən bəhrələnir, onlarla təcrübə mübadiləsi edir.
Dəyirmi masada səhiyyə ekspertləri regionlarda ana və uşaq sağlamlığının mühafizəsində ASM və perinatal mərkəzlərin rolu, bu sahədə dövlət siyasəti və proqramlar, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətində standart və klinik protokolların rolu, nadir xəstəliklər və neonatal skrininq proqramları və beynəlxalq təcrübə, ana ölümlərinin azaldılmasında uğurlu startegiyalar, son 5 ildə 1 yaşadək uşaqlar arasında ölüm hallarının təhlili və azaldılması yolları kimi məsələlərlə bağlı təqdimatlar ediblər.
Təqdimatlarda bildirilib ki, ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir. Ötən müddət ərzində ölkəmizdə bu sahədə bir çox nailiyyətlər əldə edilib. Ana və uşaqların sağlamlığının qorunması məqsədilə dövlət proqramları icra edilməkdədir. Yaradılan perinatal mərkəzlərin müasir avadanlıqlarla təchizatı yenilənir. Tibb müəssisələrində perinatal xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə həkim-mütəxəssislər təcrübə proqramlarına cəlb edilir. Ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət irəliləyiş müşahidə edilməkdədir.
Dəyirmi masada ekspertlər uşaq və yeniyetmələrin sağlamlığının yaxşılaşdırılmasında səhiyyə sisteminin cari fəaliyyəti, bu sahədə mövcud problemlər, onların həllinə yönəlmiş beynəlxalq təcürübənin öyrənilməsi və tətbiqi məsələlərini də müzakirə ediblər.
Bu bölməyə aid digər xəbərlər
ABŞ-da narkolepsiya üçün ilk kompleks təsirli dərman təsdiqlənib
07.08.2026 | 20:27
Gələn ildən tibb tələbələri qapalı atom şəhərlərində təcrübə və iş imkanı əldə edəcək
07.08.2026 | 19:32
Ağır COVID-19 xəstələrində herpes virusunun aktivləşməsi ölüm riskini artıra bilər
07.08.2026 | 18:38
Yeni tədqiqat: Atanın yedikləri körpənin inkişafına təsir göstərə bilər
02.08.2026 | 20:00
Divertikulyoz və divertikulit: Fərq nədir?
02.08.2026 | 10:30
Çində 16 min il əvvəl yaşamış insanın üzü rekonstruksiya edilib
03.04.2025 | 11:26
İlon Mask 2025-ci ilin sonlarında görmə qabiliyyətini artıran implantı elan edəcək
03.04.2025 | 10:32
Antibiotiklərə davamlı Staphylococcus aureus ilə mübarizə apara bilən molekul sintez edilib
03.04.2025 | 08:27
Çəki idarə etmək üçün kalori hesablama metodu köhnəlib
03.04.2025 | 07:16
Endokrinoloq oynaqlar üçün ən zərərli dənli bitkilərin adlarını açıqlayıb
02.04.2025 | 11:25
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

