Qarın piyləri nəzarətsiz böyüyür - Buna şəkərdən daha zərərli məhsullar səbəb olur
24.06.2023 10:31

Həkimlər orqanizmin bir sıra içkilərdən aldığı “maye” kalorilərin xüsusi təhlükəsi barədə xəbərdarlıq edib.

Məsələn, spirt.Fakt budur ki, alkoqolun xüsusiyyətlərindən biri şəkərdən daha yüksək olan yüksək glisemik indeksdir. Spirtlə alınan kalorilər dərhal qana keçir.

Aztibb.az “Rossiyskaya qazeta” istinadən xəbər verir ki, çoxlarının sevdiyi, demək olar ki, zərərsiz yüngül içki hesab edilən pivənin tərkibində qadın cinsi hormonlarının analoqu olan fitoestrogenlər var. Məhz buna görə də pivəni litrlə içən kişilərdə piylənmənin qadın tipi formalaşır: böyük qarın, qadın tipinə görə döşlər böyüyür. Çox vaxt yağ budlara yığılır. Bundan qurtulmaq üçün illər lazım ola bilər.

Bundan başqa yayda tez-tez istehlak edilən hər cür qazlı içkilər, enerji içkiləri və meyvə şirələri beyin üçün təhlükəlidir.

Sodada toksikliyi ilə tanınan bromlu bitki yağının (qida əlavəsi E443) olması maddənin orqanizmdə müəyyən miqdarda toplanması zamanı əsəb pozğunluğuna və yaddaşın itməsinə səbəb ola bilər.

Mütəxəssislər istidə saf su, evdə şəkərsiz hazırlanmış içkilər, bitki çayları və meyvəyə üstünlük verməyə çağırıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev