“The Lancet”: Qeyri-sağlam qidalanma hər il 11 milyon erkən ölümə səbəb olur
21.06.2023 15:09

Elmi jurnal qeyri-sağlam qidalanmanın hər il 11 milyon insanın vaxtından əvvəl ölümü ilə nəticələndiyini bildirən bir araşdırma dərc edib.

Aztibb.az potokmedia.ru-ya istinadən yazır ki, tədqiqata görə, dənli məhsullar və ya meyvələrdən məhrum, yüksək duzlu qidalar olan pəhriz təhlükəli sayılır.

Qeyd olunan nəticələrlə razılaşan diyetoloq Yelena Solomatina lifin çox olması və keyfiyyətsiz ət və süd məhsullarından istifadənin də ömrün uzunluğuna təsir etdiyini bildirib.

Bundan əlavə, mono-pəhriz səbəbindən, insan uzun müddət eyni qidaları qəbul etdikdə, vaxtından əvvəl ölüm riski artır. Sonda ekspert bildirib ki, duzlu qidaların həddindən artıq istehlakı orqanizmdə mayeni saxlayır və təzyiqin artmasına səbəb olur.

Bu problem öz növbəsində infarkt və ya insultla nəticələnir. Ancaq bədənimizin əsas düşməni şəkərdir. Diabet, yüksək təzyiq və yüksək xolesterolun olmasını təhrik edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub