Premenstrual sindrom (PMS) nədir? İntim gigiyenaya diqqət!
20.06.2023 14:55

Bu menstruasiyanın başlamasına 1-14 gün qalmış üzə çıxan sindromdur. Süd vəzilərinin həssaslığının artması, şişkinlik, baş ağrıları, iştahanın dəyişməsi, sızanaqların yaranması, qəbz və ya ishal, əzələlərin gərilməsi, qarında ağrı, əzginlik, yorğunluq, əsəbilik müşahidə oluna bilər.

Aztibb.az xəbər verir ki, mütəxəssislər PMS zamanı aşağıdakı tövsiyələri önərir:

- Yağı, şəkəri az olan qidalar yemək;
- Daha çox tərəvəz və meyvə yemək;
- Qəhvə və duzdan az istifadə etmək;
- Zülalla zəngin qida – balıq, ət, paxlalılar, yumurta yemək;
- Orta ağırlıqlı fiziki məşqlər;
- əxsi və intim gigiyena.

İntim gigiyena vasitələrini necə seçməli?

Aybaşı zamanı xüsusi bezlərdən istifadə etmək tövsiyə olunur. Yadda saxlamaq lazımdır ki, qanlı ifrazat hopmuş bezlər müntəzəm dəyişdirilməlidir, çünki artıq bir neçə saatdan sonra çirkli bezlər həm bakteriyaların aktiv çoxalma yerinə, həm də bununla bağlı xoşagəlməz spesifik iy mənbəyinə çevrilir.

Buna görə bezlər gün ərzində ən azı 4-5 dəfə dəyişdirilməlidir və genital nahiyə 2-3 dəfə yuyulmalıdır. Alt paltarı hər gün, aybaşı zamanı ehtiyac olduqda daha tez-tez dəyişilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev