Bestseller sağlamlıq kitabları: ...Necə dinləməli ki, uşaqlar danışsınlar
20.06.2023 12:17

Amerikalı yazarlar Adel Faber və Eleyn Mazlişin müəllifi olduqları bu kitab uşaqların sağlam inkişafından bəhs edən və milyonlarla nüsxə satılan bestsellerdir.

Aztibb.az tibb və sağlamlığa dair dəyərli kitabları oxucularına tövsiyə edir.

Uşaqlarla münasibətlərdə problemlər hər kəsdə olur. Valideyn uşaqlarından cavab ala bilməyəndə bəzən öz acizliyini hiss edir.

Lakin iş orasındadır ki, böyüklər uşağa öz fikirlərini və hisslərini necə çatdırmağı və onu necə başa düşməli olduqlarını bəzən bilmirlər.

Bu kitab uşaqlarla (məktəbəqədər yaşdan yeniyetməlik dövrünədək) necə düzgün ünsiyyət qurmaq barədə məntiqli, anlaşılan, yumor hissi ilə yazılan bir dərslikdir. Heç bir usandırıcı nəzəriyyə olmadan! Bütün ehtimallara qarşı yalnız yoxlanılmış praktik məsləhətlər və çoxlu canlı nümunələr!

Müəlliflər valideyn-uşaq münasibəti sahəsində dünyada məşhur olan mütəxəssislərdir. Kitabda onlar həm öz şəxsi (hərəsinin 3 uşağı var), həm də onların seminarlarına gələn çoxsaylı valideynlərin təcrübələrini oxucularla bölüşürlər.

Bu mənada kitab uşaqlarla tam anlaşılmaya gəlmək istəyən və “nəsillər konfliktləri”nə həmişəlik son qoyan hər bir kəs üçün maraqlı olacaq.

Kitab “Qanun” nəşriyyatı tərəfindən Azərbaycan dilində də çap edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev