Alimlər düyüdəki mikroplastiklər barədə nə deyir? Təmizləmək mümkündürmü?
19.06.2023 09:21

Düyünün "yeddi dəfə suda yuyulması" barədə inac var. Bir çox insan soruşur: niyə? Bu suala cavab vermək üçün alimlər tədqiqat aparıb.


Aztibb.az xəbər verir ki, bununla bağlı “Poisk”də yazı dərc edilib.


Aşpazlar hesab edirlər ki, düyünün əvvəlcədən yuyulması düyüdə əmələ gələn nişastanın miqdarını azaldır. Düyünün səthində sərbəst nişasta (amiloza) olduğunu göstərən bulanıq su bunun əlamətidir.


Tədqiqat zamanı eyni tədarükçüdən əldə edilən üç müxtəlif düyü növünün yuyulmasının yapışqanlığına və möhkəmliyinə təsiri müqayisə edilib.


Nəticədə yuma prosesi düyünün nə yapışqanlığına, nə də möhkəmliyinə təsir göstərməyib.


Tədqiqatçılar müəyyən ediblər ki, yapışqanlıq səthdəki nişasta (amiloza) deyil, daha çox bişirmə prosesində düyüdən yuyulan amilopektin adlı başqa nişastadan qaynaqlanır.


Beləliklə, düyünün yapışqanlığı yuyulmasına görə yox, çeşidinə görə dəyişir.


Məlum olduğu kimi, bir çox qida məhsullarında, o cümlədən düyüdə mikroplastiklər aşkar edilib. Yuyulma prosesinin bişməmiş düyüdən plastikin 20%-ə qədərini yuduğu məlum olub.


Eyni araşdırma göstərib ki, hansı qablaşdırmada (plastik və ya kağız torbalar) düyü alsanız, onun tərkibində eyni səviyyədə mikroplastik var.


Tədqiqatçılar həmçinin göstəriblər ki, əvvəlcədən bişmiş düyüdə plastikin miqdarı xam düyü ilə müqayisədə dörd dəfə çoxdur.


Düyünü əvvəlcədən yaxalamaqla, plastikin miqdarını 40% azalda bilərsiniz.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev