Südverən analarda diabet riski aşağı olur - TƏDQİQAT
18.06.2023 15:44

Nyu-Heyvendəki Yale Universitetinin alimləri siçanlar üzərində təcrübələr aparıblar və müəyyən ediblər ki, ana südü ilə qidalandırma qadın orqanizmini şəkərli diabetin inkişafından qoruya bilər.


Aztibb.az “SM News”a istinadən yazır ki, tədqiqatların nəticələrinə görə, ana südü ilə qidalandırma mədəaltı vəzinin fəaliyyətinə və insulin istehsalına təsir göstərir. Bu, tip 2 diabetlə əlaqəli riskləri aradan qaldırır.


Tədqiqat balaları olan iki qrup siçan üzərində aparılıb. Bəziləri balalarını bəsləyib, bəziləri yox. Bir ay sonra, laktasiya etməyən siçanlarda diabetin tətikləyicisi olan insan visseral piyinə bənzər daha çox metabolik aktiv piyi yaranıb. Həmçinin, süd verməyən siçanlarda mədəaltı vəzi yaxşı formada deyildi. Qeyd olunur ki, ana südü ilə qidalandırma ananı uzun illər qoruyur.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev