Yabanı sarımsağın faydalı və zərərli xüsusiyyətləri sadalanıb
18.06.2023 14:34

Mütəxəssislər yabanı sarımsağın insan sağlamlığını yaxşılaşdıran faydalı məhsul olduğunu, eyni zamanda müxtəlif xəstəliklərin qarşısının alınmasında köməkçi olduğunu bildiriblər.


Aztibb.az xəbər verir ki, bu barədə “ChitaMedia” məlumat yayıb.


Qeyd edilir ki, yabanı sarımsaq bir çox faydalı vitamin və mikroelementlərlə, o cümlədən karotinlər, vitamin C, B qrupu vitaminləri, minerallar - kalium, kalsium, maqnezium, dəmir, mis, manqan, sink, fosfor, flavonoidlər və efir yağları ilə zəngindir.


Qeyd edilib ki, karotenoidlər insan dərisini ultrabənövşəyi şüalardan qoruyur, görmə qabiliyyətini və immunitet sistemini yaxşılaşdırır. Vitamin C və B hamiləlik, sümük, ürək və əzələ sağlamlığının qorunması üçün faydalıdır. Flavanoidlər, öz növbəsində, insan hüceyrələrini zərərdən qoruyan antioksidanlardır.


Eyni zamanda yabanı sarımsağın tərkibində çoxlu miqdarda efir yağları var ki, bu da dərini və selikli qişaları qıcıqlandıra bilər, ürək-damar sistemini zəiflətməklə yanaşı, allergiya da yarada bilər. Buna görə də ehtiyatla istifadə edilməlidir.


Mütəxəssislər gündə bir və ya iki yarpaq salatlarda yeməyi məsləhət görürlər. Onlar həmçinin əlavə ediblər ki, əgər insanda komponentlərə qarşı allergiya və ya yüksək həssaslıq varsa, o zaman ilk növbədə həkimə müraciət edilməlidir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev