Cərrah hamiləlik zamanı lazer görmə korreksiyasına qarşı xəbərdarlıq edib
17.06.2023 19:00

Lazer cərrahı, professor Tatyana Şilova hamilə qadınlar üçün lazer görmə korreksiyasına əks göstərişlər barədə xəbərdarlıq edib.


Aztibb.az osnmedia.ru-ya istinadən xəbər verir ki, qadağanın əsas səbəbi hamilə qadınların görmə qabiliyyətinin qeyri-sabit olması ilə əlaqədardır.


“Əməliyyat zamanı aydın görmə əldə etmək üçün lazerin parametrləri toxumaların hazırkı vəziyyətinə uyğun olaraq proqramlaşdırılır. Hamiləlik və laktasiyadan sonra, hormonların səviyyəsi azaldıqda və göz almasının ölçüsü "hamiləlikdən əvvəlki" normaya qayıtdıqda, görmə yenidən pisləşə bilər", ¬- həkim izah edib.


Qeyd edib ki, bu halda əməliyyatın nəticəsi gözlənilməz ola bilər. Ona görə həmin ərəfə cərrahiyyə əməliyyatı tövsiyə edilmir. Digər bir səbəb antibiotiklər və antiinflamatuar komponentlər olan damcıların istifadəsidir.


"Bu damcıların əksəriyyəti qana hopdurula bilir və dölün vəziyyətinə mənfi təsir göstərir, buna görə də hamiləlik dövründə istifadə edilə bilməz" deyə professor yekunlaşdırıb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub