Beyin stimullaşdırılması zədələrdən sonra reabilitasiyanı yaxşılaşdırmağa kömək edir
14.06.2023 12:18

Alimlər göstərbilər ki, beynin maqnit stimullaşdırılması - diqqət, iş yaddaşı və planlaşdırma üçün cavabdeh olan beynin sahəsi - motor nəzarətini yaxşılaşdırmağa kömək edir.


Aztibb.az “Sensors” jurnalında dərc ounan məlumata istinadən xəbər verir ki, bu 30 sağlam könüllü üzərində tədqiqat zamanı öyrənilib. Əldə edilən nəticə nevroloji xəstəlikləri olan insanların reabilitasiyasını daha effektiv edə bilər və idmançılara öz performanslarını yaxşılaşdırmağa kömək edə bilər.


İstənilən insan hərəkəti beynin koordinasiyalı işinin nəticəsidir. Lakin bəzən bu koordinasiya beyin toxumasının zədələnməsi nəticəsində - məsələn, insult və ya Parkinson xəstəliyində - pozulur və hərəkət pozğunluqları baş verir. Onlar xəstənin həyat keyfiyyətinə mənfi təsir göstərir.


Alimlər və həkimlər bu cür xəstəliklərdən sonra müalicə və bərpa üsullarını fəal şəkildə inkişaf etdirirlər. Bir çox reabilitasiya üsulları ilk növbədə hərəkəti yerinə yetirmədən onu öyrətməyə və əksinə, həkim və ya ekzoskelet tərəfindən hərəkəti yerinə yetirməyə və sonra bu proseslər arasında əlaqə yaratmağa əsaslanır.


Reabilitasiyanı yaxşılaşdırmaq üçün alimlər həmçinin transkranial maqnit stimulyasiyasının (TMS, maqnit sahəsindən istifadə edərək beyin sinir hüceyrələrini stimullaşdırmaq üsulu) motor fəaliyyətinə təsirini öyrənirlər.


Bu, insult və Parkinson xəstəliyindən sonra hərəkət pozğunluğu olan insanlar üçün motor bacarıqlarının təkmilləşdirilməsi baxımından olduqca faydalıdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır