Bu içki infarkt riskini azaldır - Alimlər açıqlayıb
14.06.2023 11:46

Yeni araşdırmanın nəticələri Britaniya Ürək-Damar Cəmiyyətinin konfransında təqdim edilib.


Aztibb.az "British Heart Foundation"a istinadən xəbər verir ki, mütəxəssislərin bildirdiklərinə görə, stentlər qoyulduqdan sonra altı ay ərzində çuğundur suyu istehlak edən anginalı xəstələrdə ikinci hücum ehtimalı bu içkini içməyənlərlə müqayisədə daha azdır.


Alimlər ürəyin işemik xəstəliyi və ya angina pektorisi olan 300 xəstəni izləyiblər. Onların 16 faizində stent qoyulduqdan sonra 2 il ərzində ürək problemləri təkrarlanıb. Bəzən hətta ikinci prosedura ehtiyac yarnıb.


Amma xəstələr hər gün çuğundur suyu içməyə başlayanda bu rəqəm 7% olub. Tədqiqatçılar hesab ediblər ki, şirənin təsiri onun tərkibindəki azot turşusu duzlarından asılıdır. Ağızdakı bakteriyalar onu nitritə və bədəndə azot oksidinə çevirir. Bu da qan damarlarına faydalı təsir göstərir.


Qeyd edək ki, çuğundur suyu hər kəsə üsün göstərişli deyil. Məsələn, bu içdikdən sonra hipotenziya ilə qan təzyiqi dəyəri kritik dərəcədə düşə bilər. Mədənin turşuluğunun artması, bağırsaq xəstəliyi, urolitiyaz, böyrək çatışmazlığı - bunlar hamısı çuğundur suyu içmək üçün əks göstərişlərdir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır