Uzun kosmik uçuşlar insan beynində struktur dəyişikliklərinə səbəb olur - Yeni araşdırma
14.06.2023 10:27

Əvvəlki araşdırmalar göstərib ki, kosmik səyahətlər, xüsusən də uzunmüddətli missiyalar təhlükəlidir. Kosmosda sıfır cazibə qüvvəsində sərf olunan vaxt bütün bədənə - beyindən sümüklərə qədər təsir edir. Amma hansı orqanların nə qədər əziyyət çəkdiyi barədə konkret təfərrüatlar yox idi.


Aztibb.az “Scientific Reports” nəşrinə istinadən xəbər veri ki, alimlər yeni araşdırmada kosmos uçuşlarının müddəti və aralarındakı zamanın insan beynindəki mayeyə necə təsir edə biləcəyini araşdırıblar.


Beyində dörd cibdə (mədəciklər) saxlanılan bu onurğa beyni mayesi beyni yumşaltmağa və qorumağa kömək edir. O, həmçinin hüceyrə tullantılarının yuyulmasında və qan dövranından qida maddələrinin çatdırılmasında rol oynayır.


Florida Universitetinin, NASA-nın Conson Kosmik Mərkəzinin və digər ABŞ agentliklərinin tədqiqatçıları müəyyən ediblər ki, kosmosa uçuşlar kosmonavtların kosmosda keçirdikləri zamandan asılı olaraq mədəciklərin ölçüsünü və beyin mayesinin həcmini artırır.


Mədəcik ölçüsündə və əlavə beyin mayesində bu artım əvvəlki tədqiqatlarda da müşahidə edilib və beyinin mikroqravitasiya şəraitində kəllə daxilində yuxarıya doğru yerdəyişməsi ilə müşayiət olunub ki, bu da öz növbəsində mayenin yenidən paylanmasını təşviq edib.


30 astronavtın MRT nəticəsindən istifadə edərək və əvvəlki araşdırmalara əsaslanaraq, tədqiqatçılar müəyyən ediblər ki, kosmosa uçuş nə qədər uzun olarsa, mədəciyin ölçüsü bir o qədər böyüyür.


Bu tədqiqat mədəcik ölçüsündə və beyin maye səviyyələrində dəyişikliklərin sonrakı sağlamlığa necə təsir etdiyini araşdırmayıb. Lakin aydındır ki, dəyişikliklər beyində baş verir və missiyaların müddəti və tezliyindən təsirlənir. Elm adamları daha əvvəl onurğa beynindəki dəyişmələri astronavtlarda göz problemləri ilə əlaqələndirmişdilər.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır