Bədən forması və qaraciyərin yağlanması - Hepatoloq əlaqəsindən danışdı
13.06.2023 10:20

Hepatoloq Alla Yujnova bildirib ki, bədənin forması ilə alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişaf riski arasında müəyyən əlaqə var.


Aztibb.az “MedikForum” nəşrinə istinadən xəbər verir ki, həkimin sözlərinə görə, bu zaman bədəndə piylərin çıxdığı yerlər, həmçinin onun miqdarı önəmlidir.


Belə ki, alma şəklində olan fiqur insanın digərlərinə nisbətən qaraciyər yağlanmasına daha çox meylli olduğunu açıq şəkildə göstərir.


Mütəxəssis əlavə edib ki, bu xəstəlik özünü tez büruzə vermir. Lakin zaman keçdikcə qaraciyərdə piylər yığılmağa başlayır və xəstəlik davam edərsə, qaraciyər qalıcı şəkildə zədələnə və normal fəaliyyətini dayandıra bilər.


Alkoqolsuz yağlı qaraciyər xəstəliyi diaqnozu qoyulanlara həkimlər pəhriz saxlamağı, pəhrizlərini tamamilə yenidən nəzərdən keçirməyi və arıqlamaq üçün daha çox hərəkət etməyi məsləhət görürlər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır