Uşaqlarda pis vərdişlər – Necə müabrizə aparmalı?
11.06.2023 15:29

Uşaqlarda vərdişlər əyləncə və ya sakitləşmək üçün mübarizə mexanizmi kimi inkişaf edə bilər. Bəzi uşaqlar isə diqqət çəkmək və ya valideynlərini manipulyasiya etmək üçün pis vərdişlərlə məşğul olurlar.


Aztibb.az xəbər verir ki, pediatr Kənan Qarayevin sözlərinə görə, əksər vərdişlər uşaq məktəb yaşına çatdıqda yox olur, çünki uşaq artıq buna ehtiyac duymur.


Ancaq uşağınıza vərdişdən qurtulmasını zamana buraxmaq istəmirsinizsə, bu addımlar sizə kömək edə bilər:

 

Davranışda nəyi və niyə bəyənmədiyinizi sakitcə izah edin

 

"Dırnaqlarını yeməyindən xoşum gəlmir. Bu gözəl görünmür. Bunu dayandırmağa cəhd edə bilərsənmi?" kimi fikir bildirin. Ən əsası, növbəti dəfə dırnaq yediyini görəndə danlamayın. Cəza və ya tənqid davranışın artmasına səbəb ola bilər.


Alternativ davranışlar təklif edin


Məsələn, əgər uşağınız dırnaqlarını yeyirsə, “dırnaqlarını yemə!” demək əvəzinə, “barmaqlarını məşğul edək?” deyin. Məsələn, mətbəxdə sizə kömək etmək və ya şəkil çəkmək və s. diqqətini yayındıra bilər.


Özünü idarə etməyini mükafatlandırın

 


Məsələn, kiçik qızınızın dırnaqlarının uzanmasına icazə verərsə, dırnaq boyası istifadə etməsinə icazə verin. Və ya oğlunuz hər dəfə baş barmağını əmməkdən imtina etdikdə, ona stiker və ya digər kiçik mükafat verməklə müsbət davranışı qiymətləndirin.

 


Əgər yaxşı davranışı fərq etməsəniz, zamanla o, yox olacaq. Yeni, müsbət vərdiş köhnəsi yoxa çıxmazdan əvvəl möhkəm şəkildə qurulmalıdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub