Gecə baş barmağınızda qəfil ağrı ilə oyanırsınız? Diqqətli olun!
11.06.2023 14:08

Podaqra xəstəliyi (gut) hücum şəklində meydana gələ bilən xəstəlikdir.


Aztibb.az xəbər verir ki, revmatoloq Camal Hacıyevin bildiridiyinə görə, xalq arasında “zənginlərin xəstəliyi” kimi tanınan gutun, ümumiyyətlə, çox ət istehlakı və pis qidalanma ilə əlaqəli olduğu düşünülür.


Podaqra xəstəsi çox vaxt gecə yarısı ani ağrı, ayağın baş barmağında sancma və ağrı hissi ilə oyana bilər. Daha sonra şişlik, qızartı və hərəkətin məhdudlaşdırılması əlavə edilə bilər. Gut hücumları qəfil hücumlardır. Residivsiz dövrlərdə oynaqlar adətən tamamilə normaldır.


Gutda oynaqlarda ağrı, şişlik, qızartı və temperaturun yüksəlməsi müşahidə edilə bilər. Ən çox ayağın baş barmağında olur. Bundan əlavə, diz, topuq, ayağın arxası, əl, bilək və dirsəkdə də görünə bilər.


Vəziyyətlər xronikiləşdikcə çoxlu oynaq tutulmaları və oynaq deformasiyaları baş verə bilər.


İlkin hücumlar yalnız bir oynaqda görünə bilər. Şikayətlər adətən 12-24 saat arasında dəyişsə də, 10 günə qədər davam edən ağır gut halları da var.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub