Polineyropatiya - Xəstəliyin əlamətləri nədir?
11.06.2023 16:38

Qollarda və ya ayaqlarda gücsüzlük, uyuşma, yanma, ağrı hiss edilir. Qəbizlik, tualet ehtiyacını tuta bilməmək, cüt görmə kimi problemlər də yarana bilər.


Aztibb.az xəbər verir ki, nevroloq Təranə Quliyeva polineyropatiyaya səbəb olan amilləri sadalayıb.


Sinirlərin immunitet sisteminin yanlış çalışması səbəbi ilə ortaya çıxan nevroloji xəstəliklər də polineyropatiya yarada bilər.


Daxili xəstəliklər arasında polineyropatiyaya səbəb olan xəstəliklərin başında diabet durur. Tiroid xəstəliyi də sinirlərin zədələnməsinə səbəb olur.


Bununla yanaşı genetik səbəbli polineyropatiya da vardır. Bu xəstəlik necə müalicə edilir?


Polineyropatiyada müalicə üçün öncə altda yatan səbəb araşdırılmalı və ortadan qaldırılmaldır. Bu, iltihab, mikrob səbəbli ola bilər. Əgər sadəcə sinirin iltihablanması ilə bağlıdırsa maddələr mübadiləsini bərpa edən müalicələr tətbiq edilir. Bundan əlavə qan dəyişimi, intravenoz və s. müalicələr tətbiq olunur.


Qeyd edək ki, müalicə əsnasında ilk olaraq başqa xəstəliyin olub-olmaması, istifadə edilən dərmanlar öyrənilir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub