Hansı fəsildə əməliyyat oluna bilərəm? Fəsillər sağlamlıq prosesinə təsir edirmi?
10.06.2023 14:22

Cərrahiyyə xəstəliklərin müalicəsi və ya kosmetik məqsədlər üçün tətbiq oluna bilər. Sağalmaq istəyi ilə yanaşı, xəstələrimizdə narahatlıq yaradan bir çox hallar var. Xəstəxana, həkim, cərrahi texnika və əməliyyatın vaxtı və s.


Aztibb.az xəbər verir ki, ümumi cərrah Toğrul Məhərrəmovun bildirdiyinə görə, xəstələri ən çox narahat edən problemlərdən biri də hansı fəsildə əməliyyat etdirmək olar, hansında etdirmək olmaz sualıdır.


“Xəstələr xüsusən yay mövsümündə hərarətin yüksəldiyi bir vaxtda müxtəlif qorxu və təşvişlərə görə əməliyyat olunmaq istəmirlər. Bunun səbəbi kimi düşünürlər ki, isti ilə əlaqəli olaraq yara infeksiya qapa bilər. Lakin əməliyyat otağının temperaturu il boyu sabit saxlanılır. Xarici temperatur əməliyyat otağına və xəstəxanaya təsir göstərmir. Buna görə də xəstəxanada yatarkən yaranın infeksiya qapması mümkün deyil”, – həkim qeyd edib.


Digər narahatlıq budur ki, əməliyyatdan sonra evə gedəndə tərləmə infeksiyanı artıra bilər. Əməliyyat yerində tərləmə daha çox ola bilsə də, yarada infeksiyanı artırdığı təsbit edilməmişdir.


Dostlar, əməliyyat olmaq üçün soyuq fəsilləri gözləməyə ehtiyyac yoxdur. Yayda bütün əməliyyatları edə bilərsiniz.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev